Ərdoğan: Cənub Qaz Dəhlizi sayəsində Türk Dövlətləri Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır
Bu günə qədər Xəzər hövzəsində Türk dünyası ölkələri ilə neft, təbii qaz və elektrik sahəsində layihələr həyata keçirdik.
Xəbər15 məlumat verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşündə çıxışı zamanı deyib.
“Bakı-Tbilisi-Ceyhan neft boru kəməri 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz formada daşıyır. Əsas sütunu TANAP olan Cənub Qaz Dəhlizi sayəsində Türk Dövlətləri Avropanın enerji təhlükəsizliyində əsas rol oynayır”, – deyə Türkiyə Prezidenti vurğulayıb.
OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib