15 ildə “Petkim”ə 1,6 milyard dollar investisiya qoyulub
SOCAR-ın “Petkim” neft-kimya kompleksinə 2008-ci ildən etibarən qoyulan investisiyalar 1,6 milyard dollar təşkil edib.
Xəbər15 məlumat verir ki, bunu “Petkim”in baş direktoru Anar Məmmədov “Habertürk”ə deyib.
Onun bildirib ki, bu investisiyaların əsas hissəsi rəqəmsallaşmaya və innovasiyaların tətbiqinə yönəlib.
“Petkim”in Türkiyə iqtisadiyyatı və sənayesi üçün strateji əhəmiyyət daşıdığını deyən A.Məmmədov buranın böyük istehsal gücünə malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, “STAR” neft emalı zavodu istismara verildikdən etibarən “Petkim”in istehsal gücünün yüklənməsi 113 faizə çatıb ki, bu da “Petkim” üçün fasiləsiz olaraq xammal tədarükünü təmin edib. Fasiləsiz xammal tədarükü SOCAR-ın Türkiyədə və dünya bazarlarında rəqabət qabiliyyətini maksimal dərəcədə artırıb.
Oxunma sayı: 357-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib