Azərbaycanda yaradılacaq “yaşıl enerji”nin əhəmiyyətli hissəsi Türkiyə və Avropa istiqamətində ixrac edilə bilər
Azərbaycanda yaradılacaq “yaşıl güc”lərin əhəmiyyətli bir hissəsi Türkiyə və Avropa istiqamətində ixrac edilə bilər.
Xəbər15 məlumat verir ki, bu sözləri energetika nazirinin müavini Elnur Soltanov aprelin 2-də keçirilən “Azərbaycan-ABŞ Yaşıl Enerji Forumu”nda deyib.
Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün doğru zaman seçimi, uzaqgörən siyasi qərar və qətiyyətli addımlarının ardıcıllığı, bir-birini tamamlaması nəinki özümüzün, eyni zamanda, tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl enerji”yə problemsiz keçidə təminat yaradır.
Çıxışda, həmçinin Naxçıvanın zəngin günəş enerjisi potensialı, “yaşıl enerji” mərkəzinə çevrilməsi və burada 1500 MVt gücündə xarici investisiya layihələri ilə bağlı planlar haqqında danışılıb. Ümumilikdə ölkə üzrə yaradılacaq yaşıl güclərin əhəmiyyətli bir hissəsinin Türkiyə və Avropa istiqamətində ixrac edilə biləcəyi qeyd edilib.
Oxunma sayı: 172-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib