4SİM rəqəmsal ticarət sahəsində Türkiyə ilə əməkdaşlığa başlayıb
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi rəqəmsal ticarət sahəsində ilk əməkdaşlığı Türkiyə ilə yaradıb.
Xəbər15 məlumat verir ki, bu barədə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev “Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri” mövzusunda keçirilən tədbirdə deyib.
“Artıq Anlaşma Memorandumu imzalanıb və bu memorandumdan irəli gələn müddəaların həyata keçirilməsi üçün tədbirlər görülür. Digər ölkələrlə də rəqəmsal ticarət sahəsində əməkdaşlığın qurulması sahəsində işlər aparılır”, – deyə T.Tağıyev qeyd edib.
O bildirib ki, əşyaların interneti sahəsində kiçik və orta sahibkarlıq subyektləri Dünya İqtisadi Forumunun sorğularında iştirak edirlər. Bu sahənin inkişafı üçün tədbirlərin siyahısı müəyyənləşdirilib və gələcəkdə bu istiqamətdə də bir sıra tədbirlər planlaşdırılır.
Oxunma sayı: 383-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb