ADAU-da Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir keçirilib

1+1 - 21 May 2024 12:17 A A

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyənin Gəncə şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə 19 May – Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə tədbir təşkil olunub.

Xəbər15 məlumat verir ki, tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Rəcəp Öztop, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Yadigar Bədəlov və ADAU-nun Tədris işləri üzrə prorektoru Əhməd Məlikov tədbirdə çıxış edib, Mustafa Kamal Atatürkün Samsun səfərindən danışıb, Gənclik və İdman Bayramının önəmindən söz açıblar.

Tədbirdə mövzu ilə əlaqədar videoçarxlar nümayiş olunub.

Sonda basketbol yarışı keçirilib və qalib komandalar mükafatlandırılıb.

Oxunma sayı: 396
1+1 - 12:17 A A
OXŞAR XƏBƏRLƏR