AHİK Türkiyəyə konteyner evlər göndərib
Türkiyədə baş vermiş və çoxsaylı insan itkisinə səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycandan qardaş ölkəyə mütəmadi olaraq humanitar yardımlar göndərilir.
Martın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) fəlakət zonasında evsiz-eşiksiz qalmış insanların sığınacaqlarla təmin edilməsi məqsədilə Türkiyəyə 10 ədəd bir və iki otaqlı modul tipli ev – konteyner göndərib.
AHİK-dən Xəbər15-ə bildirilib ki, yüksək keyfiyyətlə hazırlanmış konteynerlərdə insanların yaşaması üçün bütün zəruri şərait yaradılıb.
Konteynerlər “Qardaş köməyi” platforması çərçivəsində Lökbatandakı “Agro” terminalından Kahramanmaraş şəhərinə yola düşüb.
AHİK, həmçinin zəlzələ qurbanlarına davamlı olaraq humanitar yardımlar göndərən Heydər Əliyev Fonduna bu işdə dəstək olmaq üçün 500 min manat vəsait köçürüb.
Qeyd edək ki, AHİK 2021-ci ildə baş vermiş meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədilə də Türkiyənin həmkarlar ittifaqlarına ianə etmişdi.
Oxunma sayı: 670
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb