“AKINCI” silahlı PUA-nın istismarı kursunu bitirən Azərbaycan hərbçilərinə sertifikatlar verilib
“AKINCI” silahlı PUA-nın istismarı kursunu bitirən Azərbaycan hərbçilərinə sertifikatlar təqdim edilib.
Xəbər15 məlumat verir ki, Türkiyənin Tekirdağ şəhərində yerləşən Çorlu Uçuş Təlim Mərkəzində “Baykar” müdafiə sənayesi şirkəti tərəfindən təşkil edilmiş “AKINCI silahlı pilotsuz uçuş aparatını idarəetmə kursu”nun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.
Buraxılış mərasimində “Baykar” şirkətinin rəsmiləri, ictimaiyyət nümayəndələri və kursun müəllim heyəti ilə bərabər, Türkiyə Respublikası “Baykar” müdafiə sənayesi şirkətinin texniki direktoru Selçuk Bayraktar, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.
S.Bayraktar “Baykar” şirkətinin texnologiya və innovasiya istiqamətində gördüyü son işlərdən danışıb və şirkətin milli imkanlar ilə istehsal etdiyi silahlı pilotsuz uçuş aparatlarının döyüş meydanlarında həlledici rolunu diqqətə çatdırıb.
Baş konsul Nərminə Mustafayeva isə artıq bütün dünyada tanınan və dünyanın qabaqcıl ölkələrinin də maraq göstərdiyi “Bayraktar” silahlı pilotsuz uçuş aparatının 2-ci Qarabağ savaşındakı rolundan bəhs edib. Baş konsul “Baykar” müdafiə sənayesi şirkətinin istehsalı olan “AKINCI” silahlı pilotsuz uçuş aparatının istismarı kursunu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçularımızı təbrik edərək, onlara Azərbaycanın müdafiəsi naminə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirin sonunda kursu müvəffəqiyyətlə bitirən türkiyəli məzunlarla bərabər, Azərbaycan və Qırğızıstanı təmsil edən məzunlara sertifikatlar təqdim edilib.
Oxunma sayı: 467-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub