AMEA-nın Mərkəzi Elmi Kitabxanası Türkiyənin “Lehçediz” məlumat bazasına abunə olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Türkiyənin “Lehçediz” məlumat bazasına abunə olub. MEK oxucuları üçün ödənişsiz olan bu platformada türk ədəbiyyatının bütün tarixi və çağdaş mətnləri, türk dünyası ədəbiyyatlarının mühüm mətnləri haqqında məlumat toplanıb.
MEK-dən Xəbər15-ə bildirilib ki, buradakı bütün mətnlərin hər bir söz və söz qrupları ayrıca şərh edilir və qruplaşdırılır. Ənənəvi lüğətlərdən fərqli olaraq, bu sözlük vasitəsilə minlərlə səhifəni vərəqləmədən oxucular tarix, türk dili və ədəbiyyatı, çağdaş türk ləhcələri, kitabxanaçılıq və sair sahələrlə bağlı rahat şəkildə informasiya əldə edə, araşdırmalar apara biləcəklər. Türk dilində yazılan əsərlərdəki sözlərin hansı sözlərlə bir araya gətirildiyi, hansı məna və kontekstdə işləndiyi aşkarlana bilər. Bundan əlavə, ədəbi əsərlərdə folklor elementləri müəyyən etmək, dilin tarixi prosesdə məruz qaldığı dəyişikliyi izləmək, şairlərin, müəlliflərin üslubları haqqında konkret və statistik məlumatlar almaq mümkündür.
Qeyd edək ki, sözügedən məlumat bazasına Türkiyə Prezident Aparatı Kitabxanası, Dəyanət İşləri İdarəsi Kitabxanası, Dəyanət Vəqfi İslam Araşdırmaları Kitabxanası, Türkiyənin ən öndə gələn universitetlərinin abunəliyi var. Xarici qurumlar içərisində isə yeganə abunəlik MEK-ə aiddir.
Oxunma sayı: 552-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib