AQTA-nın sədr müavini Türkiyənin ÜTT-dəki nümayəndəsi ilə görüşüb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Zəkiyyə Mustafayeva Türkiyənin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yanındakı daimi nümayəndəsi, səfir Alpaslan Acarsoyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Xəbər15-ə verilən məlumata görə, görüşdə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında nümayəndəliyinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları da iştirak edib.
Görüş zamanı AQTA-nın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər, əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verilib.
Həmçinin görüşdə Azərbaycanın ÜTT-yə üzvlük prosesinin cari vəziyyəti və qarşıda duran məsələlər barədə müzakirələr aparılıb.
Qeyd edək ki, bundan əvvəl AQTA-da ÜTT-yə üzvlüklə bağlı danışıqlarda “Dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində görüşlər keçirilib. Həmçinin Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan hökumətinin Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı danışıqlarında və digər ticari fəaliyyətlərdə potensialın artırılması” layihəsi çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda seminar təşkil olunub.
Oxunma sayı: 303-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub