Asip Kaya: Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyənin elm sahəsində əməkdaşlığının davamını labüd edir

İqtisadiyyat - 8 Aprel 2023 16:37 A A

Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya “Naxçıvan” Universitetində olub.

Universitetdən Xəbər15-ə bildirilib ki, Baş konsul ilk olaraq universitetlə və onun maddi texniki bazası ilə tanış olub.

Tanışlıq çərçivəsində Asip Kaya ilə STEAM komandasının, eyni zamanda, “Naxçıvan” Universitetində təhsil alan türkiyəli tələbələrin görüşü də baş tutub.

“Naxçıvan” Universitetinin rektoru, dos. Anar Kazımov əvvəlcə rəsmi qonağı salamlayaraq, yeni təyinatı münasibətilə Asip Kayanı təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

A.Kazımov qeyd edib ki, “Naxçıvan” Universitetinin beynəlxalq əməkdaşlığında Türkiyə universitetlərinin xüsusi yeri və rolu vardır.

Baş konsul Asip Kaya çıxış edərək diplomatik fəaliyyəti barədə məlumat verib. Qonaq söyləyib ki, yaxın zamanda Zəngəzur dəhlizinin açılması ilə bölgənin daşıyacağı strateji önəm mədəni fikir mübadiləsinin vacibliyini şərtləndirən amil olmaqla bərabər, hər iki ölkə arasında ortaqlığın elm sahəsində də davamını labüd edir.

Oxunma sayı: 465
İqtisadiyyat - 16:37 A A
OXŞAR XƏBƏRLƏR