Avropa çempionatında Azərbaycan və Türkiyə komandalarından qardaşlıq mesajı
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib.
Xəbər15 məlumat verir ki, sərbəst güləş üzrə yığmaların təltifetmə mərasimdən sonra hər iki komandanın nümayəndə heyəti arenada iki ölkənin dövlət bayrağı ilə birgə şəkil çəkdirib, növbəti dəfə dost və qardaşlıq mesajı veriblər.
İki qızıl, 2 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi Avropa çempionu olub. Türkiyə seçməsi isə 2 qızıl, 1 gümüş və 3 bürünc medalla üçüncü yeri tutub.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan bayrağı yandırılıb. Hadisədən sonra milli komanda yarışdan imtina edib. Türkiyə təmsilçiləri sözügedən yarışda qazandıqları medalları məhz Azərbaycana həsr ediblər. Son zamanlar ölkələr arasındakı həmrəylik və qardaşlıq münasibətləri idman sahəsində də özünü qabarıq şəkildə göstərir.
Oxunma sayı: 387-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib