Avropa Türk Brendləri Assosiasiyasının prezidenti Milli Məclisinin deputatları ilə görüşüb

İqtisadiyyat - 4 Sentyabr 2023 16:29 A A

Avropa Türk Brendləri Assosiasiyasının (ATBA) prezidenti Vehbi Keleş işgüzar əməkdaşlığı inkişaf etdirmək məqsədilə Azərbaycanın paytaxtı Bakıda bir sıra görüşlər keçirib.

Xəbər15-in Türkiyə KİV-ə istinadən məlumatına görə, Vehbi Keleş Bakıda Milli Məclisinin deputatları və KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov ilə müzakirələr aparıb.

V.Keleş Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, həmçinin millət vəkilləri – Rüfət Quliyev, Mahir Abbaszadə, Ruslan İsmayılov, Gülşən Tağıyeva ilə görüşüb.

V.Keleş çıxışında ATBA-nın Avropa və qonşu ölkələrlə ticarət, iqtisadi əlaqələrini dərinləşdirməyi və Türk iş dünyasının bu bazarlarda daha fəal olmasını təmin etməyi hədəflədiyini bildirib.

T.Mirkişili isə vurğulayıb ki, Azərbaycan xarici ticarətdə Türkiyənin təcrübəsindən istifadə edir. O, ixracda brendləşmənin vacib olduğunu əlavə edib.

 

 

Oxunma sayı: 251
İqtisadiyyat - 16:29 A A
OXŞAR XƏBƏRLƏR