Axısxa Türkləri “Vətən” İB-nin nümayəndəsi Türkiyənin Gəncədəki Baş konsulu ilə görüşüb
Axısxa Türkləri “Vətən” İctimai Birliyinin Azərbaycanın Qərb Bölgəsi üzrə rəhbəri Zabit Abitov Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Rəcəb Öztop ilə görüşüb.
Xəbər15 İctimai Birliyə istinadla məlumat verir ki, Rəcəb Öztopa yeni vəzifəsində uğurlar arzulanıb, Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərə başsağlığı verilib, Axısxa türkləri olaraq yardımların davam etdiriləcəyi bildirilib.
Daha sonra Baş konsula bu günlərdə İctimai Birlik adından rayonda həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Rəcəb Öztop görüşdən məmnunluğunu və ziyarətə görə təşəkkürünü bildirib.
Oxunma sayı: 428OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib