Azərbaycan alimləri Türkiyədə Beynəlxalq Enerji Konqresində çıxış ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavinləri Ramil Hüseyn və Rəşad Hüseynov Türkiyənin Nişantaşı Universitetinin təşkilatçılığı ilə keçirilən “I Beynəlxalq Enerji Konqresi”nə qatılıblar.
Mərkəzdən Xəbər15-ə bildirilib ki, İİTKM-in təmsilçiləri onlayn konfransın “Dünya iqtisadiyyatlarında enerjinin gələcəyi üçün hazırki inkişaflar” mözusunda panel müzakirəsində “Xəzər dənizinin Azərbaycan sektorunun yaşıl enerji resursları: potensial və gözlənilən faydalar” mövzusunda çıxışlar ediblər.
Onlar son illərdə Azərbaycanda yaşıl enerjinin istehsalını artırmaq və ixracını həyata keçirmək istiqamətində görülən işlərdən, ölkəmizlə Avropa arasında yaşıl enerji dəhlizinin yaradılması məsələsindən danışıblar. Yaşıl enerjiyə keçidin Azərbaycan və region ölkələri üçün siyasi, iqtisadi, sosial və ekoloji faydalarını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Oxunma sayı: 493-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib