Azərbaycan atleti türkiyəli atletin Avropa rekordunu yeniləyib
Albaniyanın Dürres şəhərində yeniyetmələr arasında ağır atletika üzrə dünya birinciliyində Azərbaycan atleti Ravin Alməmmədov 73 kiloqram çəki dərəcəsində mübarizə aparıb.
Xəbər15 məlumat verir ki, atletimiz birdən qaldırma hərəkətində 136 kiloqramı ram edib və bu hərəkətdən dünya birinciliyinin gümüş medalına sahib çıxıb. Təmsilçimiz təkanla qaldırma hərəkətində isə 167 kiloqramı başı üzərinə qaldırıb. O, bu hərəkətdə də gümüş medal qazanıb və türk Karaca Yaşara aid 163 kiloqramlıq Avropa rekordunu yeniləyib.
Bununla yanaşı, 167 kiloqramı ram etməklə atletimiz bu hərəkətin toplamında rumıniyalı Yonut Donoseyə aid 300 kiloqramlıq rekordu da geridə qoyub.
Toplam 303 kiloqram (136+167) nəticə göstərən təmsilçimiz yekun sıralamada da dünya birinciliyinin gümüş medalçısı adını qazanıb.
Oxunma sayı: 402-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub