Azərbaycan banklarının nümayəndələri İstanbulda səfərdə olub
Azərbaycan Bank Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının (ABA) və Türkiyə Banklar Birliyinin dəstəyi ilə ABA-nın “Xəzinədarlıq və Fondların İdarəedilməsi Ekspert Qrupu” üzvlərinin, həmçinin bankların bu istiqamətdəki digər rəhbər şəxsləri və ölkənin investisiya şirkətlərinin rəhbərləri İstanbulda səfərdə olub.
ABA-dan Xəbər15-ə bildirilib ki, səfər çərçivəsində iştirakçılar təlimlərlə yanaşı, Türkiyənin aparıcı banklarının, eləcə də dünyanın öndə gələn ən böyük banklarının Türkiyə nümayəndəlikləri ilə görüşlərdə iştirak ediblər. İştirakçılar üçün pul bazarı əməliyyatları, üzən məzənnə sisteminin idarəedilməsi, likvidliyin idarəolunması, Forex/Dilling əməliyyatları ilə əlaqədar təlim və təcrübə mübadiləsi təşkil olunub, banklarla müxbir münasibətlərin inkişafı və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə edilib.
Qeyd edək ki, Azərbaycan Bank Tədris Mərkəzi (ABTC) 2000-ci ildə Avropa İttifaqı tərəfindən yaradılıb və Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABTC tərəfindən 250-dək təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil olunub.
Oxunma sayı: 357-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub