Azərbaycan cüdoçuları Antalyada beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər
Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
Federasiyadan Xəbər15-ə məlumat verilib ki, hazırlıq prosesinə böyüklərdən ibarət milli komandanın 23, gənclər yığmasının isə 14 üzvü qatılıb.
Cüdoçulara qurumun vitse-prezidenti Elnur Məmmədli başda olmaqla, performans direktoru Mark van der Ham, əsas millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçi Elçin İsmayılov, gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər.
Təlim-məşq toplanışı 7-13 mayda Qətərin paytaxtı Dohada baş tutacaq böyüklər arasında dünya çempionatına, həmçinin sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, aprelin 3-də start götürən hazırlıq prosesində İsrail, Moldova, Rumıniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Özbəkistan, Polşa, İtaliya və digər ölkələrdən 200-dən çox cüdoçu iştirak edir. Toplanışa aprelin 8-də yekun vurulacaq.
Oxunma sayı: 444-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib