Azərbaycan Dövlət Simfonik Orkestri Ankarada Beynəlxalq Musiqi Festivalına qatılıb
Ankarada “CSO ADA Ankara”nın böyük səhnəsində 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilib.
Xəbər15 məlumat verir ki, Türkiyənin paytaxtının ən mötəbər festivallarından birinin açılış günüdə Azərbaycan Respublikasının Əməkdar Artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib.
Bu Festivalın ilk konsertinin məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi çox sevindirici, eyni zamanda qürurvericidir. Bu layihənin həyata keçirilməsində uzun illər klassik musiqini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda təbliğ edən “Premier LTD” konsert agentliyinin rəhbəri Nəzakət Qasımovanın böyük xidmətləri var. Konsert proqramında tanınmış solistlər – Azərbaycanın Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.
Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Villiamsın “Schindler`s list” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert “Türk marşı” ilə tamamlanıb.
Festivalın açılış günüdə qonaq qismində Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər, məşhur türk pianoçusu Gülsin Onay, dünyaşöhrətli dirijor Erol Erdinç və digər tanınmış simalar iştirak ediblər.
Oxunma sayı: 399-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub