Azərbaycan gimnastının finalda rəqiblərindən biri Türkiyə təmsilçisidir

İdman - 10 Mart 2023 14:03 A A

Azərbaycan təmsilçisi Nikita Simonovun Bakıda keçirilən idman gimnastikası üzrə dünya kuboku yarışlarının finalında rəqibləri bəlli olub.

Xəbər15 məlumat verir ki, turnirdə halqalar ilə yarışda həlledici mərhələyə adlayan N.Simonov finalda İran, Vyetnam, Türkiyə, Filippin, ABŞ, Avstriya, və Tayvan təmsilçiləri ilə birgə mübarizə aparacaq.

Finalda mübarizə aparacağı türkiyəli gimnast Mehmet Kozakdır.

Halqalar üzrə final yarışları martın 11-də keçiriləcək.

Oxunma sayı: 426
İdman - 14:03 A A
OXŞAR XƏBƏRLƏR