Azərbaycan güləşçisi Avropa çempionatında finalda Türkiyə təmsilçisi ilə qarşılaşacaq
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.
Xəbər15 məlumat verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparıblar.
Yarışa dörddəbir finaldan qoşulan Azərbaycan təmsilçisi Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Ə.Rzazadə finala yüksəlib. Təmsilçimiz həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gələcək.
Oxunma sayı: 425OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib