Azərbaycan hərbçilərinin də iştirakı ilə Türkiyədə yeni təlimlər başlayıb
Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “KURTARAN-2023” adlı təlimlər başlayıb.
Xəbər15 Anadolu Agentliyinə istinadla məlumat verir ki, təlimlərdə qardaş ölkənin Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizə Qüvvələri iştirak edirlər.
Şərqi Aralıq dənizində keçirilən təlimlərə Azərbaycan və daha 15 xarici ölkədən ümumilikdə 41 hərbçi qatılır. Həmin dövlətlər arasında Avstriya, Bəhreyn, Bolqarıstan, Cənubi Koreya, Polşa, BƏƏ, Əlcəzair, İndoneziya, Cənubi Afrika, Qətər, Malaziya, Rumıniya, Sinqapur, Səudiyyə Ərəbistanı və Oman var.
Təlimlər çərçivəsində müxtəlif tapşırıqlar və maneverlər icra olunur.
Təlimlərin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Türkiyə Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Ercüment Tatlıoğlu və 31 ölkədən 32 hərbi atteşə iştirak edib.
Oxunma sayı: 420-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib