Azərbaycan ilə Türkiyə uşaqların ictimai fəaliyyətlərdə iştirakının artırılmasına dair fikir mübadiləsi aparıb
Azərbaycan və Türkiyə Hökumətləri arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı İstanbul şəhərində imzalanan Fəaliyyət Planına uyğun olaraq yaradılmış İşçi qrupun üzvlərinin onlayn görüşü keçirilib.
Bu barədə Xəbər15-ə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyinin Avropa İttifaqı və xarici əlaqələr şöbəsinin müdiri Serra Diptaş Yamanın moderatorluğu ilə keçən görüşdə çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri, İşçi qrupun sədri Ceyran Rəhmətullayeva bildirib ki, 2023-2025-ci illəri əhatə edən Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda əsasında tərəflərin ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığının daimi inkişafını təmin etməyi hədəfləyir.
Görüşdə Fəaliyyət Planına uyğun olaraq ailə, qadın və uşaq məsələləri ilə bağlı birgə fəaliyyətlərin həyata keçirilməsi üçün yaradılmış işçi və tematik qrupların növbəti görüş tarixləri müəyyən edilib. Həmçinin türk dövlətlərində ailə dəyərlərinin təbliği, dəstəklənməsi və daha da gücləndirilməsi məqsədilə təşkil olunacaq “Türk Dünyası Ailə Festivalı”, eləcə də ailə, qadın və uşaq sahəsində konfrans, seminar, təlim və bu kimi proqram, eləcə də tədbirlərdə qarşılıqlı iştirak məsələləri müzakirə edilib.
Daha sonra Fəaliyyət Planının digər maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi ilə və Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi yanında Uşaq Məsləhət Şurası ilə uşaq hüquqlarının qorunması, uşaqların ictimai fəaliyyətlərdə iştirakının və liderlik keyfiyyətlərinin artırılması sahəsində birgə fəaliyyətlərinin həyata keçirilməsi, ailə yönümlü xidmətlər, ailə təhsili, ailə məsləhət xidmətləri və psixososial dəstək sahəsində, eyni zamanda erkən uşaqlıq dövrünün inkişafına dair siyasətin formalaşdırılması üzrə təcrübə mübadiləsi aparılıb.
Sonda qarşıdakı dövr üçün ikitərəfli əməkdaşlıq planları müzakirə edilib.
Oxunma sayı: 378-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub