Azərbaycan Ordusunun Su-25 hücum təyyarələri Türkiyədə təlimdə iştirak edəcək

Ordu - 27 Aprel 2023 19:00 A A

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) uçuş və texniki heyəti, həmçinin aviasiya vasitələri Konyada “Anadolu Qartalı – 2023” beynəlxalq təlimində iştirak edəcək.

Bu barədə Xəbər15-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Mayın 2-də başlayacaq təlimə Azərbaycan HHQ-nin bir qrup şəxsi heyəti və Su-25 hücum təyyarələri cəlb olunacaq.

Azərbaycan, Türkiyə, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və İngiltərə nümayəndələrinin iştirakı ilə keçiriləcək beynəlxalq təlim mayın 23-dək davam edəcək.

Oxunma sayı: 424
Ordu - 19:00 A A
OXŞAR XƏBƏRLƏR