Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada keçirilən Zirvə görüşü türk dövlətlərinin həmrəyliyinin göstəricisidir
Azərbaycan Prezidentinin təşəbbüsü ilə Ankarada Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün keçirilməsi türk dövlətləri arasında yüksək həmrəyliyin göstəricisidir.
Energetika Nazirliyindən Xəbər15-ə bildirilib ki, bu fikirləri energetika naziri Pərviz Şahbazov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin üçüncü iclasında deyib.
Nazir qeyd edib ki, münasibətlərin yeni səviyyəyə yüksəldilməsinə dövlət başçılarının ortaq strateji baxışları, son dövrlərdə intensivləşən təmasları, çoxvektorlu əməkdaşlığın yol xəritəsini müəyyənləşdirən tarixi əhəmiyyətli səfərləri töhfə verməkdədir. Nəticədə bu gün münasibətlərimizin xarakterini qardaşlıq, dostluqdan əlavə strateji tərəfdaşlıq və müttəfiqlik müəyyənləşdirir.
Oxunma sayı: 468-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib