Azərbaycan seysmoloqları Kahramanmaraşda tədqiqatlara başlayıb
Qardaş Türkiyə Respublikasının zəlzələ bölgələrinə ezam olunan Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mütəxəssislər qrupu zəlzələlərin episentrində yerləşən Kahrmanmaraş şəhərinin Pazarcıq qəsəbəsində tədqiqatları davam etdirirlər.
Mərkəzin informasiya şöbəsindən Xəbər15-ə bildirilib ki, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi altında ərazidə maqnitometrik, qravimetrik və mühəndis seysmik tədqiqatlar aparılır.
Qeyd edilib ki, hazırda həmin ərazidəki binalarda yaşayış yoxdur. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən ediləcək. Həmçinin gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək. Aparılan tədqiqatlar başa çatdıqdan sonra alınmış nəticələr analiz edilərək, Türkiyə DİN-in Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentinə təqdim olunacaq.
Oxunma sayı: 403-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub