Azərbaycan-Türkiyə Enerji Forumu Naxçıvanda keçiriləcək
Sentyabrın 28-29-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu keçiriləcək.
Xəbər15-in məlumatına görə, tədbiri Azərbaycanın Energetika Nazirliyi təşkil edəcək.
Artıq qurum bununla bağlı hazırlıqlara başlayıb. Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə təsis edilib.
Xatırladaq ki, Azərbaycan-Türkiyə 1-ci Enerji Forumu 21-22 dekabr 2021-ci il tarixində Bakıda, 2-ci forum isə 5-6 oktyabr 2022-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilib.
Oxunma sayı: 157OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib