Azərbaycan-Türkiyə-Gürcüstan parlamentləri komitələrinin üçtərəfli görüşü keçiriləcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar.
Xəbər15 Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla məlumat verir ki, görüşdə regional əməkdaşlıq, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində deputatların Gürcüstan parlamentində və Xarici İşlər Nazirliyində də bir sıra görüşləri nəzərdə tutulur.
Oxunma sayı: 470OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb