Azərbaycan Türkiyə ilə tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu təsdiqləyib
Azərbaycan və Türkiyə arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu təsdiq olunub.
Xəbər15 məlumat verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 18-də “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2022-ci il dekabrın 22-də Ankara şəhərində imzalanmış Anlaşma Memarandumu qüvvəyə mindikdən sonra Fövqəladə Hallar Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyi isə sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyəyə bildiriş göndərməlidir.
Oxunma sayı: 467-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb