Azərbaycan-Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb
Qadın futbolçulardan ibarət komandaları arasında aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək Azərbaycan-Türkiyə yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Xəbər15 AFFA-nın saytına istinadla məlumat verir ki, aprelin 8-də keçiriləcək qarşılaşmanı Gürcüstandan, 11-də təşkil olunacaq oyunu isə Rumıniyadan olan FIFA referiləri idarə edəcək.
İlk oyunun baş hakimi Teona Sturua olacaq. Ona həmyerliləri Xatuna Maisuradze və Ketevan Qaiparaşvili kömək edəcəklər.
Kristina Mariana Trandafir ikinci matçın baş hakimi, Elena Mihaila Tepusa və Roxana İvanov yan xətt hakimləri olacaqlar.
Hər iki matçda dördüncü hakim funksiyasını Fəridə Lütfəliyeva yerinə yetirəcək.
Oxunma sayı: 395OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub