Azərbaycan Türkiyədən polad ixracını azaldıb

İqtisadiyyat - 4 Sentyabr 2023 12:55 A A

2023-cü ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana 78 milyon 891 min ABŞ dolları dəyərində polad ixrac olunub.

Xəbər15 Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 8,1 % azdır.

Həmçinin cari ilin avqustunda Türkiyədən ölkəmizə 8 milyon 914 min ABŞ dolları dəyərində məhsul gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 16,4 % azalma deməkdir.

Oxunma sayı: 273
İqtisadiyyat - 12:55 A A
OXŞAR XƏBƏRLƏR