Azərbaycan və Türkiyə arasında dəniz nəqliyyatı sahəsində Anlaşma Memorandumu imzalanıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyi (DDLA) ilə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Liman Agentliyindən Xəbər15-ə bildirilib ki, Anlaşma Memorandumunu Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədov və Türkiyənin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylan keçirilmiş ikitərəfli görüş zamanı imzalayıb.
Anlaşma Memorandumunda bələdçilər, gəmilərin nəzarət yoxlamasını həyata keçirən müfəttişlər və gəmi idarəetmə xidmətinin operatorları üçün Türkiyə tərəfindən təlimlərin keçirilməsi, Beynəlxalq Dəniz Təşkilatının audit yoxlamasına hazırlıqla bağlı yardım, eləcə də Azərbaycanda dəniz nəqliyyatının iştirakçıları arasında məlumat mübadiləsini asanlaşdıracaq Vahid Dənizçilik Pəncərəsinin tətbiqi sahəsində dəstək məsələləri əks olunub.
Daha sonra Türkiyə nümayəndə heyəti Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Tərəflər, həmçinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də də görüşlər keçiriblər.
Oxunma sayı: 440-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib