Azərbaycan və Türkiyə Bakı Limanından sürətli yük daşımanın daha da genişləndirilməsini müzakirə edib
Aprelin 14-də Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Limanında olub.
Bakı Limanından Xəbər15-ə bildirilib ki, görüşdə qonaqlara Avrasiyanın logistika mərkəzi kimi Bakı Limanının regional əlaqələrin qurulmasında fəaliyyəti, icra edilən və perspektiv layihələr barədə məlumat verilib.
Görüş zamanı regionun nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində aparıcı rol oynayan Bakı Limanı vasitəsilə Türkiyədən də keçməklə Avropa və Asiya arasında sürətli yük daşınmasının həyata keçirildiyi və bu strategiyanın daha da genişləndirilməsi imkanları barədə müzakirə aparılıb, Şərq-Qərb arasında qlobal səviyyədə etibar və diqqət qazanan nəqliyyat marşrutu – Orta Dəhliz vasitəsilə Azərbaycanın və Türkiyənin tranzit potensialından maksimum istifadə olunması imkanlarından bəhs edilib.
Nümayəndə heyəti Bakı Limanının terminallarına səfər edərək yüklərin tranzit keçidinin təşkili prosesi ilə tanış olub, qaydalarla bağlı məlumat alıblar.
Qeyd edək ki, nümayəndə heyəti Azərbaycan və Türkiyənin dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən qurumları arasında əməkdaşlığın müzakirə edilməsi məqsədilə ölkəmizdə səfərdədir və aidiyyəti strukturlarla görüşlər keçirirlər.
Oxunma sayı: 373-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub