Azərbaycan və Türkiyə hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi olunub
Azərbaycan və Türkiyə vəkilləri və hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi olunub.
Azərbaycan Vəkillər Kollegiyasından Xəbər15-ə bildirilib ki, bu təklif Kollegiyanın sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Barolar Birliyinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri zamanı səsləndirilib.
Keçirilən görüşlərdə Türkiyə və Azərbaycan vəkilləri arasında əməkdaşlığın gücləndirilməsi barədə də təkliflər də edilib. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan və Türkiyə vəkilləri və hüquqşünasları arasında vahid platformanın yaradılması təklifi ilə çıxış edib. Bu platformanın hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində faydalı olacağına əminliyini bildirib.
Oxunma sayı: 816-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib