Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində təcrübə mübadiləsi aparıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və Rəqəmsal Ticarət Qovşağının rəhbərləri “Kibertəhlükəsizlikdə tendensiyalar” adlı onlayn görüşdə iştirak ediblər.
Mərkəzdən Xəbər15-ə bildirilib ki, görüş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyə Respublikasının Azərbaycandakı Ticarət Nümayəndəliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin birgə təşkilatçılığı keçirilib.
İki ölkə arasında kibertəhlükəsizlik sahəsində boşluqların müəyyənləşdirilməsi və onların aradan qaldırılması istiqamətində təcrübə və fikir mübadiləsi aparılıb, həmçinin Azərbaycanda müvafiq sahədə tətbiq olunan qanunvericilik və standartlarla bağlı təqdimatlar edilib.
Oxunma sayı: 467-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb