Azərbaycan və Türkiyə parlamentariləri Qazaxıstanda növbədənkənar parlament seçkilərini müşahidə edəcək
Azərbaycan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, həmçinin TÜRKPA Katibliyinin nümayəndələrindən ibarət TÜRKPA Seçki Müşahidə Missiyası martın 19-da Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərinin (Məclisin – aşağı palatanın üzvlərinin seçkiləri) qısamüddətli müşahidəsini həyata keçirəcək.
Xəbər15 məlumat verir ki, müşahidə proqramı çərçivəsində Missiyanın rəsmilər və seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirəcəyi gözlənilir.
Seçki günü Missiya səsvermə prosesini yerində izləmək üçün Astana və Almatı şəhərlərində səsvermə məntəqələrini ziyarət edəcək. Martın 20-də Missiya öz müşahidəsinin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.
Qazaxıstanda növbədənkənr parlament seçkiləri qanunvericilik islahatları fonunda baş tutur. 5 iyun 2022-ci il ümumxalq referendumu nəticəsində Konstitusiyaya dəyişikliklər, digərləri ilə yanaşı, Parlament Məclisinin üzvlərinin seçilməsi üçün qarışıq seçki sisteminə keçid ilə əlaqədar olmuşdur. Referendumdan sonra seçki qanunvericiliyinə Məclis üzvlərinin seçki sistemi, seçkilərin təşkili və keçirilməsi ilə bağlı müvafiq dəyişikliklər edilmişdir. Son dəyişikliklərə əsasən, Məclisin 98 üzvündən 69-u vahid ümumxalq seçki dairəsi ərazisində proporsional təmsilçilik sistemi üzrə siyasi partiyalardan partiya siyahıları əsasında, 29 üzvü isə birmandatlı ərazi seçki dairələri üzrə seçilir.
Oxunma sayı: 489-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub