Azərbaycan və Türkiyə rəssamları Özbəkistanda festivala qatılıb
Özbəkistanda Beynəlxalq Təsviri və Tətbiqi Sənət Festivalı keçirilib.
Xəbər15 məlumat verir ki, Kəmaləddin Behzad adına Özbəkistan Rəssamlıq Akademiyası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkil etdiyi festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, eləcə də Macarıstan, Cənubi Koreya, Rusiya, Belarus və digər ölkələrdən rəssamlar iştirak ediblər.
Festival çərçivəsində Daşkənddə iştirakçı rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Həmçinin Türk dünyası rəssamlarının toplantısı keçirilib. Toplantıda Türk Dünyası Rəssamlıq Akademiyasının təsis olunması barədə qərar qəbul edilib.
Tədbirdə rəssamlara TÜRKSOY-un sertifikatları və Özbəkistan Rəssamlıq Akademiyasının mükafatları təqdim olunub.
Oxunma sayı: 352OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub