Azərbaycan və Türkiyə şirkətləri beynəlxalq turizm sərgisinə iştirak edəcək

Turizm - 2 Mart 2023 23:14 A A

Pandemiya səbəbindən yaranan üç illik fasilədən sonra Turizm sahəsinin qabaqcıl iştirakçılarını bir araya toplayan ənənəvi 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi “AITF” aprelin 4-6-da Bakı Ekspo Mərkəzində keçiriləcək.

Bu barədə Xəbər15-ə “Iteca Caspian” şirkətindən bildirilib.

Sərginin daimi iştirakçısı olan Bolqarıstan bu il “AITF 2023” sərgisinin baş sponsoru, Özbəkistan isə tərəfdaş ölkəsidir.

“AITF”-ə Azərbaycan, Türkiyə və digər ölkələrdən şirkətlər qatılacaq.

Sərgidə tibbi və sağlamlıq turizmi, maarifləndirici turizm, xaricdə daşınmaz əmlak, idman avadanlığı və inventor, ovçuluq və balıqçılıq, dəniz və çay kruizləri, aviaşirkətlər, milli və regional turizm orqanları, turizm agentlikləri və tur operator kimi müvafiq sektorlar təmsil olunacaq.

Oxunma sayı: 980
Turizm - 23:14 A A
OXŞAR XƏBƏRLƏR