Azərbaycan və Türkiyə vəkillik sahəsindəki təcrübələrini bölüşüblər
Azərbaycan Vəkillər Kollegiyasının nümayəndə heyəti Türkiyə məhkəmə hakimiyyətinin rəhbər şəxsləri ilə görüşüb.
Azərbaycan Vəkillər Kollegiyasından Xəbər15-ə bildirilib ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Barolar Birliyinin dəvəti ilə bu ölkədə rəsmi səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Danıştay (Ali-İnzibati Məhkəmə) başqanı Zeki Yiğit, Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan və Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüşlər keçirib.
Görüşlər zamanı hər iki ölkənin məhkəmə-hüquq və vəkillik sahəsindəki təcrübəsi, aparılan islahatlar müzakirə olunub.
Oxunma sayı: 612OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb