Azərbaycan və Türkiyə XİN Yunanıstana başsağlığı verib

Siyasət - 1 Mart 2023 16:31 A A

Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirlikləri Yunanıstana başsağlığı verib.

Bu barədə Xəbər15 hər iki ölkənin müvafiq qurumlarına istinadla məlumat bildirir.

“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi. Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, – deyə Azərbaycan XİN-in başsağlığında qeyd olunub.

“Qonşumuz Yunanıstanda dünən gecə baş verən qatar qəzasında çox sayda insanın həyatını itirdiyini və yaralandığını kədərlə öyrəndik. Bu faciəvi qəzada həyatlarını itirənlərin yaxınlarına, yunan xalqına və hökumətinə başsağlığı verir, yaralılara şəfalar diləyirik”, – deyə Türkiyə XİN-in başsağlığında bildirilib.

Qeyd edək ki, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 36 nəfər ölüb, 85 nəfər yaralanıb.

Oxunma sayı: 532
Siyasət - 16:31 A A
OXŞAR XƏBƏRLƏR

ŞƏRH YAZ

ŞƏRHLƏR

Heçbir şərh yoxdur.