Azərbaycan və Türkiyədən olan uşaqlar “Dostluğun sehri” adlı rəsm müsabiqəsinə qatılıb
Elm və Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Nağıllar” mövzusunda “Dostluğun sehri” adlı beynəlxalq onlayn uşaq rəsm müsabiqəsi keçirilib.
Xəbər15 məlumat verir ki, müsabiqəyə Azərbaycanla yanaşı, Türkiyə, Çin, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan və Belarusun 108 məktəb, müəssisə və təşkilatından 1459 rəsm işi təqdim olunub. 6-17 yaşlı uşaqlar çəkdikləri bir-birindən maraqlı, rəngarəng rəsmlərdə nağıl mövzusunu əks etdiriblər.
Peşəkar rəssam və mütəxəssislərdən təşkil olunan münsiflər heyəti tərəfindən 150 rəsm işi seçilib.
Müsabiqədə qalib seçilən rəsm işlərinin sərgisi və təltifetmə mərasimi keçirilib.
Oxunma sayı: 434OXŞAR XƏBƏRLƏR
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib