Azərbaycan və Türkiyənin də iştirakı ilə Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçiriləcək
Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin Təşkilat Komitəsi fəaliyyətə başlayıb.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İctimaiyyətlə əlaqələr departamentindən Xəbər15-ə bildirilib ki, bu barədə Cəmiyyətin sədri Vüqar Oruc qurumun İdarə Heyətinin iclasında deyib.
O qeyd edib ki, bununla bağlı qərar onlayn toplantıda qəbul olunub: “Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis olunması ilə bağlı razılaşma Türkiyə Dəyərləmə Uzmanları Birliyinin rəhbəri Yaşar Bahçeci, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, Qazaxıstan Qiymətləndiricilər Birliyinin sədri Askar Omerbekov, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nərgizə Mirzərəhimova, Qırğızıstan Qiymətləndiricilər İttifaqının sədri Sovetbek Zakirov tərəfindən əldə olunub. Türkmənistan Qiymətləndiricilər Cəmiyyəti tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti Dəyərləmə Uzmanları Birliyinin isə müşahidəçi üzv qismində Türk Dövlətləri Qiymətləndiriciləri Birliyində təmsil olunmaq qərarını elan ediblər”.
Qazaxıstan Banklar Assosiasiyasının vitse-prezidenti və Qiymətləndirmə Palatasının nümayəndəsi Marat Baitokovun və özünün Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin koordinatorları seçildiyini söyləyən V.Oruc yaxın aylarda birliyin təsis yığıncağının keçiriləcəyini diqqətə çatdırıb. Əlavə edib ki, Türk dünyası qiymətləndiriciləri arasında faydalı və qarşılıqlı münasibətlərin qurulması, birgə fəaliyyət mexanizminin təşviqi, vahid məlumat bazasının yaradılması, təcrübə mübadiləsinin təşkili, habelə Türk dünyası dövlətləri arasında inteqrasiyanın təmin olunması istiqamətində fəaliyyət göstərəcək birliyin təsis yığıncağına ciddi hazırlıq gedir.
Oxunma sayı: 397-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub