Azərbaycan və Türkiyənin seysmoloji mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan və Türkiyənin seysmoloji mərkəzləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər15 məlumat verir ki, qardaş Türkiyənin zəlzələ bölgəsinə səfər edən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları aprelin 6-da Türkiyə DİN-nin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamentində olublar.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi nümayəndə heyəti AFAD-ın Zəlzələ Departamentinin rəhbəri, professor Orhan Tatarla görüşüblər.
Görüşdə iki qardaş ölkənin seysmoloji mərkəzləri arasındakı əməkdaşlıq, bu ilin fevral ayının 6-da qardaş ölkədə baş verən dəhşətli zəlzələ və onun nəticələri, eləcə də azərbaycanlı seysmoloqların zəlzələ bölgəsində aparacağı geofiziki-seysmik tədqiqatlara dair məsələlər müzakirə olunub.
Müzakirələrdən sonra Azərbaycan seysmoloqları zəlzələ bölgəsinə yola düşüblər.
Xatırladaq ki, AMEA nəzdində RSXM-nin mütəxəssisləri zəlzələ bölgəsində dərinlik qırılmalarının hazırkı vəziyyətini, eləcə də yeni tikinti işləri aparılacaq ərazilərin seysmik qiymətləndirilməsini həyata keçirəcəklər.
Oxunma sayı: 440-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib