Azərbaycan və Türkiyənin təhsil ocaqları beynəlxalq konfrans keçirəcək
Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbi və Türkiyə Kastamonu Şenpazar Çok Proqramlı Anadolu Liseyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş beynəlxalq konfrans keçirilir.
Xəbər15 məlumat verir ki, konfransa təhsil sahəsində çalışan bütün müəllim və şagirdlər məqalə göndərə bilər. Məqalələr bir sıra istiqamətlər üzrə qəbul ediləcək. Bunlara “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev fəaliyyətində qadın siyasəti”, “Azərbaycan-Türkiyə münasibətlərində tarixi birlik və qardaşlıq”, “Heydər Əliyev fəaliyyətində Azərbaycan təhsili”.
Məqalələr aprelin 10-dək “sabir_mekteb@mail.ru” elektron ünvanına göndərilməklə qəbul ediləcək. Məqalələr “Times New Roman” 14 şrifti ilə 3 səhifədən az, 5 səhifədən çox olmamalıdır.
Göndərilmiş məqalələrdə müəllifin adı, soyadı, əlaqə nömrəsi, elektron poçt və müəssisə mütləq şəkildə göstərilməlidir.
Konfrans aprelin 23-də Şamaxı rayon Sabir qəsəbə tam orta məktəbində keçiriləcək.
Seçilmiş məqalə müəlliflərinə aprelin 12-dək konfransın proqramı və əlavə məlumatlar göndəriləcək.
Oxunma sayı: 391-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub