Azərbaycan və Türkiyənin tanınmış mütəxəssisləri “Fərqli Fərdlər” konqresində iştirak edəcəklər
Cəmiyyətin diqqətini xüsusi qayğıya ehtiyacı olan insanlara maksimum dərəcədə yönəltmək üçün çalışan və bununla bağlı həm Azərbaycanın, həm də digər dövlətlərin mütəxəssis və pedaqoqlarını Bakıya toplayan Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlara həsr olunmuş “Fərqli Fərdlər” konqresi 2023-cü il martın 11-də Heydər Əliyev Mərkəzində baş tutacaq.
Xəbər15 “Iteca Caspian” şirkətinə istinadla məlumat verir ki, konqresdə gündəliyə ilk dəfə olaraq salınan yeniyetməlik və inkişaf özəllikləri olan insanların böyüməsi mövzusu ilə yanaşı, onların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, məktəbə inteqrasiya, inklüziv işə qəbul və digər mövzular qaldırılacaq. “Fərqli Fərdlər” konqresində geniş spektrli mövzuların müzakirəsi və təcrübə mübadiləsi məqsədilə Azərbaycan, ABŞ, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər.
Oxunma sayı: 658-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib