“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Türkiyəyə göndərdiyi çadırlar quraşdırılıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) qardaş ölkə Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərərçəkənlərə dəstək üçün göndərilən çadırları artıq quraşdırılıb.
Xəbər15 ASCO-ya istinadla məlumat verir ki, 100 ədəd çadır Hatay şəhərinin Arsuz bölgəsində “Expo 21” sərgi mərkəzinin önündə yerləşdirilib.
Çadırların quraşdırılması ilə bağlı ASCO-nun Türkiyə nümayəndəliyinin əməkdaşları Arsuzun səlahiyyətli nümayəndəsi Hasan Gökpınar ile görüşüblər və yardımlar barədə ona məlumat veriblər.
ASCO ailəsi faciə ilə əlaqədar Türkiyə dövlətinə və xalqına, o cümlədən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin qısa zamanda aradan qalxmasını arzulayır.
Oxunma sayı: 785
-
“Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir” – RƏY
-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib