Azərbaycan XİN Türkiyədə zəlzələdən sonra təxliyə olunanların sayını açıqladı

Siyasət - 11 Mart 2023 14:59 A A

İndiyə qədər 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb

Türkiyədə zəlzələ nəticəsində zərər çəkmiş Azərbaycan vətəndaşlarına dəstək tədbirləri çərçivəsində martın 10-da Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşlarının zəlzələ bölgəsindən planlaşdırılan sonuncu təxliyəsi həyata keçirilib.

Xarici İşlər Nazirliyindən Xəbər15-ə bildirilib ki, zəlzələ baş vermiş gündən etibarən ümumilikdə 686 nəfər təxliyə olunub.

Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İndiyə qədər 2 nəfər Azərbaycan vətəndaşı haqqında hələ də məlumat əldə etmək mümkün olmayıb, onların axtarışları davam etdirilir.

Oxunma sayı: 632
Siyasət - 14:59 A A
OXŞAR XƏBƏRLƏR