“Azərbaycanca–özbəkcə-türkcə” danışıq kitabçası çapdan çıxdı
AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Günel Mirzəyevanın “Azərbaycanca –özbəkcə-türkcə” danışıq kitabçası çapdan çıxıb.
İnstitutdan Xəbər15-ə bildirilib ki, Elmi şuranın qərarı ilə çap olunan danışıq kitabçasının ideya rəhbəri akademik Kamal Abdulla, elmi redaktoru türkoloq Elçin İbrahimov, rəyçiləri professorlar Sadət Muhammedova (Özbəkistan) və İsmayıl Məmmədovdur.
Danışıq kitabçasında özbək yazısının qısa tarixçəsi, eləcə də özbək dilinin latın qrafikası haqqında məlumat verilir. Kitabça özbək, Azərbaycan, türk xalqları arasında mədəni əlaqələrin artmasında, ən əsası da bu sahədə üçdilli lüğət boşluğunun doldurulmasında faydalı olacaq.
Oxunma sayı: 329OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub