Azərbaycanda hotel və mehmanxana tipli obyektlərdə gecələyənlərin 9,5 faizi Türkiyə vətəndaşlarıdır
Cari ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə 79,7 faiz artaraq 309,2 min olub. Bu da ümumi gecələmələrin 56,3 faizini təşkil edir.
Dövlət Statistika Komitəsindən Xəbər15-ə bildirilib ki, gecələmələrin ümumi sayının 19,3 faizi Rusiya, 9,5 faizi Türkiyə, 8,6 faizi BƏƏ, 7,3 faizi Hindistan, 5,7 faizi Səudiyyə Ərəbistanı, 4,6 faizi Küveyt, 3,5 faizi Böyük Britaniya, 2,9 faizi Qazaxıstan, 2,8 faizi Gürcüstan, 2,6 faizi Pakistan, 2,3 faizi ABŞ, 2,2 faizi İsrail, 1,6 faizi Belarus, 1,4 faizi Almaniya, 1,4 faizi Özbəkistan, 1,2 faizi Qətər, 1,2 faizi İran, 0,9 faizi Ukrayna, 0,9 faizi Çin, 0,9 faizi İtaliya, 0,7 faizi Fransa, 0,6 faizi Oman, 0,5 faizi Niderland, 17,4 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.
Oxunma sayı: 559-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub