Azərbaycanda İslam bankçılığının inkişafına dair Türkiyə Katılım Banklar Birliyi ilə Memorandum imzalanıb
İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) Azərbaycanda İslam bankçılığı ilə bağlı real və ya virtual mühitlərdə birgə seminarlar, simpoziumlar, konfranslar və təlim proqramlarının təşkili, islam bankçılığı üzrə beynəlxalq qurumlarla qarşılıqlı əlaqələr üzrə vasitəçilik, SER nümayəndələrinin Türkiyənin İslam banklarında qısamüddətli praktiki təcrübələrinin tənzimlənməsi, İslam bankçılığı məsələləri üzrə rəsmi orqan və qurumlarla birgə müzakirələrin edilməsi; Azərbaycan cəmiyyətinin İslam bankçılığı barəsində maarifləndirilməsi məqsədilə birgə broşürlərin, kitabların nəşri və yayılması yönündə əməkdaşlığı davam etdirmək üçün Türkiyə Katılım Banklar Birliyi (TKBB) ilə yeni anlaşma memorandumu imzalayıb.
İctimai Birlikdən Xəbər15-ə bildirilib ki, bu anlaşma, 2016-cı ildə imzalanmış ilk anlaşma memorandumu çərçivəsində TKBB ilə səmərəli əməkdaşlığın davamıdır. Memorandum sənədi İstanbulda TKBB ofisində SER-in idarə heyətinin sədri i.f.d Ruslan Atakişiyev və TKBB-nin baş katibi İsmail Vural tərəfindən imzalanıb. Mərasimdə, eyni zamanda, TKBB-nin Beynəlxalq Əlaqələr üzrə direktoru Fatma Çınar və Beynəlxalq Əlaqələr üzrə mütəxəssis Dilek Sülun da iştirak etmişdir.
Yeni memorandum çərçivəsində SER və TKBB ölkəmizdə İslam bankçılığının dəstəklənməsini, maarifləndirilməsini hədəfləyən layihələrdə birgə əməkdaşlıq edəcəklər.
Mərasimdə Tərəflər İslam bankçılığının Azərbaycanda inkişafı perspektivləri üzrə yerli və beynəlxalq təcrübə, gələcək inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Oxunma sayı: 389-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub