Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi keçirilir
Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb.
Xəbər15 məlumat verir ki, yerli vaxtla səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.
Türkiyənin Azərbaycandakı səfirliyində yerləşən seçki məntəqəsində ilk səsverənlərdən biri səfir Cahit Bağçı olub.
“İkinci turda səs verdik. Ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzulayıram”, – deyə C.Bağçı bildirib.
Qeyd edək ki, səsvermə Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında keçirilir.
Oxunma sayı: 363OXŞAR XƏBƏRLƏR
-
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
-
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi sədrinin baş müşaviri, hərbi analitik Alparslan İmamqulu vəfat edib
-
Əfv sərəncamı ilə azadlığa buraxılan Türkiyə vətəndaşı Azərbaycan Prezidentinə təşəkkür edib
-
Türkiyə Prezident Adminstrasiyasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub
-
Azərbaycan atleti İzmirdə Balkan çempionatında bürünc medal qazanıb
-
İlham Əliyevin əfv sərəncamı ilə 2 Türkiyə vətəndaşı azad olunub